Məhv edilən erməni hərbi texnikasının hədəfi HARA İDİ? – İrəvanın ŞOK PLANIbackend

Məhv edilən erməni hərbi texnikasının hədəfi HARA İDİ? – İrəvanın ŞOK PLANI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistana məxsus PUA Ordumuz tərəfindən məhv edilib.

Müdafiə Nazirliyi məhv edilmiş PUA-nın qalıqlarının axtarışı istiqamətində iş aparıldığını açıqlayıb. Rəsmi açıqlamadan öncə Şəmkirdə güclü partlayışın eşidildiyini və bunun erməni PUA-sının vurulması zamanı qeydə alındığı haqda məlumatlar yayılıb.

Videogörüntülər də bunu təsdiqləyib. Tovuz istiqamətindən Şəmkir ərazisinə gələn Ermənistan PUA-sının hədəfinin Gəncə olduğu ehtimalı böyükdür.

Ötən ay qondarma “dqr”-in “rəhbəri” Araik Arutunyan – “Azərbaycan hücum edərsə, cavabı Gəncədə verəcəyik”, – təhdidi səsləndirmişdi. Bu açıqlama-təhdid separatçıların yeni rəhbərinin özünü göstərmək üçün “əzələ nümayişinə” cəhdi, Paşinyanın danışıqlar prosesini pozmaq və daxili auditoriyanı “xarici təhlükə” ətrafında kökləməyə hesablanan hərbi rotirikasının davamı olmaqla yanaşı, həm də yeni hücuma “Azərbaycanın hücumuna cavab” haqqının qazandırılması məqsədinə xidmət edirdi.

Azərbaycanın son addımları və səsləndirdiyi bəyanatlarından sonra erməni PUA-sının Gəncə istiqamətində – Şəmkirdə peyda olması Ermənistanın bir ay öncəki təhdidini yeni hərbi təxribatla reallaşdırmağa hazırlaşdığı ehtimalını önə çıxarır.

Azərbaycan müdafiə nazirinin son bir neçə gündə iki müşavirə keçirdi;

Ehtiyatda olan xüsusi ixtisaslı hərbçilər orduya çağırıldı;

Nəhayət, Prezident İlham Əliyev yerli telekanallara son müsahibəsində danışıqlarla bağlı bütün detallarını açıqladı və “Bizə qarşı ciddi təxribat törədilərsə, onda bizim üçün heç bir məhdudiyyət olmayacaq. Artıq Ermənistan ərazisinə keçmək üçün bizə heç bir hərbi maneə yoxdur” bəyanatı ilə ata biləcəyimiz addımların anonsunu verdi;

Ermənistan yeni hərbi təxribata əl ata və Bakının bu addımları və bəyanatlarını “alibi”, yəni həmişə olduğu kimi “Azərbaycanın hücumuna cavab” kimi göstərə bilər. Bu baxımdan, erməni PUA-sının hədəfinin Gəncə olduğu istisna deyil. Belə bir hədəf Ermənistana Qarabağ masasını tamamilə sıradan çıxarmaq, daxili auditoriya üçün irəli sürülən “yeni müharibə – yeni ərazilər” tezisini inkişaf etdirmək və Azərbaycanı sərhəddə müharibəyə çəkərək, regional müttəfiqlərini qarşıdurmaya qoşmaq üçün sərfəlidir.

PUA hadisəsinin erməni xarici işlər naziri Zöhrab Mnatsakaynanın Misir səfərindən sonra baş verməsi, həm də Şərqi Aralıq dənizindəki anti-türk ittifaqına “Türkiyəyə ikinci cəbhə aça bilərik” xidmətinin təqdim edilməsidir. Azərbaycan Ordusu erməni PUA-sını məhv edib, hərçənd, təxribatın davamının olacağını artıq şübhəsizdir…

Asif Nərimanlı