Məhv edilən erməni qadının qardaşı da “Aprel döyüşü”ndə öldürülüb – VİDEObackend

Məhv edilən erməni qadının qardaşı da “Aprel döyüşü”ndə öldürülüb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan hərbçilərinin sentyabrın 13-də sərhəddəki təxribatlar zamanı məhv etdiyi 42 yaşlı erməni qadın döyüşçü Alisa Melkonyan “Aprel döyüşləri”ndə öldürülən Qaqik Melkonyanın bacısı olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Alisa Melkonyan müqaviləli əsgər idi, Geqarkunikdə (Göyçə-red.) ən yüksək və ən soyuq postlardan birində xidmət edirdi. Alisa müharibədə ağır yaralanıb, 3 ay yeriyə bilməyib, lakin müalicə olunduqdan sonra döyüş xidmətinə qayıdıb”, – deyə onun haqqındakı məlumatda bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, Alisa 2016-cı ildə qardaşı öldürüldükdən sonra hərbi xidmətə başlayıb.

Qadının qardaşı Qaqik Melkonyan Tərtər rayonunun Talış kəndi idtiqamətində 4 günlük müharibə zamanı məhv edilmişdi…