Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılırbackend

Məkkənin ziyarətinə qoyulan məhdudiyyətlər yumşaldılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanı hökuməti koronavirusa görə Məkkənin ziyarətinə tətbiq etdiyi qadağanı 2 mərhələdə yumşaldacaq.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, yumşaldılmanın birinci mərhələsi mayın 31-də başlayacaq. Həmin gündən Məkkəyə giriş-çıxışa və saat 06.00-dan 15.00-dək küçəyə çıxmağa icazə veriləcək.

Məlumata görə, Məscidul-Haramda Cümə namazı başda olmaqla camaat namazlarına tətbiq edilən məhdudiyyətlər hələlik qüvvədə qalacaq.

İkinci mərhələ isə iyunun 21-də başlayacaq. Həmin tarixdən Məkkədə saat 06.00-dan 20.00-dək küçəyə çıxmağa icazə veriləcək.