Meksika nəsli kəsilməkdə olan delfinləri axtarmağa başlayırbackend

Meksika nəsli kəsilməkdə olan delfinləri axtarmağa başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada səlahiyyətlilər, nəsli kəsilməkdə olan dəniz məməlilərindən biri olan delfinlərin axtarışına başladıqlarını bildirdilər.

NOCOMMENT xəbər verir ki, Meksikanın Ətraf Mühit Nazirliyinin bəyanatında deyilir ki, ABŞ, Kanada və Meksikadan olan mütəxəssislər kiçik və əlçatmaz delfinlərin yerini müəyyən etmək üçün durbin, naviqasiya cihazları və akustik monitorlardan istifadə edəcəklər.
Qeyd olunub ki, axtarışlar mayın 10-27-də bu delfinlərin yaşadığı yeganə yer olan Kaliforniya körfəzində aparılacaq.
Bildirilir ki, axtarış qrupu ekoloji qeyri-hökumət “Sea Shepherd” təşkilatına məxsus gəmi və Meksika qayığı ilə birlikdə yalnız 8-i qalmış hesab edilən delfinləri tapmaq üçün səfər edəcək.
“Sea Shepherd” şirkəti ərazidə qanunsuz balıq ovun qarşısının alınması istiqamətində iş aparır. “Sıfır dözümlülük” zonası kimi tanınan ərazidə balıq ovuna icazə verilmir, lakin burada qeyri-qanuni balıqçı qayıqlarına çox rast gəlinir.