Meksika “Sinaloa” kartelinin liderini ABŞ-a ekstradisiya edibbackend

Meksika “Sinaloa” kartelinin liderini ABŞ-a ekstradisiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika böyük “Sinaloa” narkotik kartelinin liderlərindən biri Nestor İsidro Peres Salası ABŞ-a ekstradisiya edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS Amerika lideri Co Baydenin bəyanatına istinadən məlumat yayıb.

“Meksika hökuməti Nestor İsidro Peresi “El Nini” Salas mühakimə olunmaq üçün ABŞ-a ekstradisiya edib”, – deyə o vurğulayıb.

Birləşmiş Ştatlar onu qeyri-qanuni maddələrin qaçaqmalçılığında, eləcə də adam oğurluğunda ittiham edir. Bu ədalət üçün yaxşı gündür”, – deyə o vurğulayıb.

Ədliyyə naziri və baş prokuror Merrik Qarland qeyd edib ki, ABŞ-ın məlumatına görə, El Nini “Sinaloa” kartelinin fentanil istehsalında və onun ABŞ-a qaçaqmalçılıq yolu ilə aparılmasında iştirakda şübhəli bilinir.

Qeyd edək ki, Peres Salas 2023-cü il noyabrın 22-də Meksika hakimiyyəti tərəfindən saxlanılıb. ABŞ onun dərhal ekstradisiyasını tələb edib.