Meksikada avtobus qəzası: 18 nəfər öldübackend

Meksikada avtobus qəzası: 18 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikada xarici vətəndaşları daşıyan avtobusun qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərə görə, paytaxt Mexikodan Aşağı Kaliforniya ştatının Tixuana şəhərinə gedən avtobus Nayarit əyalətində təxminən 40 metr yüksəklikdən yuvarlanıb.

Qəzada aralarında uşaqların da olduğu 18 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.

Sağ qalan yaralılar sürücünün sükan arxasında yatdığını iddia ediliblər. Sürücü saxlanılıb.

42 nəfərin olduğu təxmin edilən avtobusda olanların əksəriyyəti Hindistan, Dominikan Respublikası və Afrika vətəndaşlarıdır.