Meksikada avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıbbackend

Meksikada avtobusla yük maşınının toqquşması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın cənubunda Eskarseqa şəhəri yaxınlığında avtobusun yük maşını ilə toqquşması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Tabasko ştatının administrasiyası məlumat yayıb.

Dünən səhər saatlarında yük maşını ilə toqquşan sərnişin avtobusunda 48 nəfər olub. Qəza nəticəsində avtobusdakı 38 sərnişin, avtobusun 2 sürücüsü, o cümlədən yük maşınının sürücüsü ölüb.

İlkin məlumata görə, yük maşını qarşı zolağa çıxıb. Toqquşma nəticəsində avtobus və yük maşını yanıb.

Bundan əvvəl qəza nəticəsində 30 nəfərin öldüyü açıqlanmışdı.