Meksikada tərk edilmiş yük maşınında 148 qeyri-qanuni miqrant tapılıbbackend

Meksikada tərk edilmiş yük maşınında 148 qeyri-qanuni miqrant tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksikanın Milli Miqrasiya İnstitutu (INM) Verakruz ştatının cənub-şərqində tərk edilmiş yük maşınında 148 qeyri-qanuni miqrantın tapıldığını açıqlayıb.

NOCOMMENT xəbər vrir ki, Meksikanın Verakruz əyalətində həddindən artıq istidə magistral yolun kənarında tərk edilmiş yük maşınında 23-ü müşayiətsiz uşaq, 10-u tək səyahət edən 10 böyük və 115 nəfər olmaqla ümumilikdə 148 qeyri-qanuni miqrant tapılıb.

Qeyri-qanuni miqrantların Honduras, Qvatemala və El Salvadordan olan insanlar olduğunu açıqlayıb.

INM, bəzi immiqrantların, xüsusən də müşayiətsiz uşaq immiqrantların Ailə İnteqrasiya İnkişaf Sistemi (DIF) çərçivəsində qorunacağını bildirdi.

Miqrantlarla birlikdə tərk edilmiş yük maşınının sürücüsü hələ də tapılmayıb.