Meksikadan Türkiyəyə 140 ton yardımbackend

Meksikadan Türkiyəyə 140 ton yardım

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Meksika xalqı Türkiyədəki zəlzələ qurbanları üçün 140 ton yardım materialı göndərib.

NOCOMMENT xəbər verir ki, Türkiyənin Meksikadakı səfiri İlhan Kamal Tuğ AA müxbirinə verdiyi açıqlamada Meksika xalqının zəlzələdən zərərçəkənlər üçün səfərbər olduğunu və alınan sıx yardım sayəsində səfirlik binasının imkanlarının tamamilə dolduğunu bildirib.

Tuğ bildirib ki, Meksika Müdafiə Nazirliyi (SEDENA) və Meksika Xarici İşlər Nazirliyinə (SRE) tabe olan Meksika Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyi (AMEXCID) ilə əməkdaşlıq çərçivəsində indiyədək Türkiyəyə 140 ton yardım göndərilib.