Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuşbackend

Məktəb direktoru dərman içəndən sonra bacısına zəng vurubmuş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Gəncədə məktəb direktorunun intihara cəhd etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

NOCOMMENT xəbər verir ki, qafqazinfo-nun əldə etdiyi məlumata görə, İ.Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru, 1960-cı il təvəllüdlü Mətanət Qarayeva Üçtəpə qəsəbəsində yerləşən evində tək olarkən intihar məqsədilə 14 ədəd dərman həbi içib.

Daha sonra vəziyyətinin ağırlaşdığını görərək bacısına zəng edib. Dərhal M.Qarayevanın evinə gələn bacısı onun huşsuz halda qaldığını görüb və təcili tibbi yardım maşını ilə M.Qarayeva Göygöldəki xəstəxanaya çatdırılıb.

Hazırda onun vəziyyətinin orta-ağır olduğu və həkim nəzarətində saxlanıldığı bildirilir. Hələlik M.Qarayevanı dindirmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.