Məktəb direktoru qızına görə işdən çıxdı backend

Məktəb direktoru qızına görə işdən çıxdı 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Bülbülə qəsəbəsində yerləşən 327 nömrəli tam orta məktəbin direktoru Könül Əliyeva iki il əvvəl təyin olunduğu vəzifəsindən ayrılıb.

NOCOMMENT.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Könül Əliyeva özünün feysbuk səhifəsində paylaşım edib. O, vəzifəsindən ailə vəziyyətinə görə şəxsi təşəbbüsü ilə ayrıldığını ifadə edib.

Könül Əliyeva qeyd edib: “Bu gün həyatımın maraqlı, fərqli və çox məsuliyyətli bir dönəmi başa çatır. 327 nömrəli tam orta məktəblə yollarımız ayrılır. 327 nömrəli məktəbin direktor vəzifəsindən şəxsi təşəbbüsümlə ayrılıram. İşdən çıxma səbəbim ərizəmdə qeyd etdiyim kimidir: Ailə vəziyyətimlə əlaqədar, övladlarıma kifayət qədər vaxt ayıra bilmədiyim üçün işimdən ayrılıram. Ərizəmdə qeyd edə bilmədiyim ən vacib və incə nüans isə belədir: 3 yaşlı körpə qızım mənə israrla ana yox, “Könül bibi” deyə müraciət edir. Keçən ay məzuniyyətdə olanda az qala hər gün mənə: “ Çox sağ ol ki, mənim yanımdasan, məni qoyub getmirsən, səni çox sevirəm.”- deyirdi. Məktəbə aid heç nəyi diqqətdən kənarda qoymamağım, hər bir məsələyə şəxsən özümün nəzarət etməyim, eləcə də işin mükəmməl alınması üçün evdə də davam etməyim məni övladlarımdan, ailəmdən uzaqlaşdırırdı. Bu səbəbləri göz önünə alaraq işdən ayrılmaq qərarımı vermiş oldum”.

Könül Əliyeva fəaliyyətini yaşadığı qəsəbədə yerləşən tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi davam etdirəcəyini qeyd edib.