Məktəb direktoru vəzifəsi üçün müsabiqə tarixləri açıqlanıbbackend

Məktəb direktoru vəzifəsi üçün müsabiqə tarixləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin 28 sentyabr tarixindən direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə start veriləcək. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Təhsil Nazirliyindən NOCOMMENT.az -a verilən məlumata görə, müsabiqə dörd mərhələdən ibarətdir: elektron sənəd qəbulu, test imtahanı, müsahibə və vakansiyalara yerləşdirilmə.

Müsabiqəyə elektron sənəd qəbulu mərhələsi 28 sentyabr – 2 oktyabr, test imtahanı mərhələsi oktyabr ayının birinci yarısında, müsahibə mərhələsi noyabr-dekabr aylarında, vakansiyalara yerləşdirilmə isə 2021-ci ilin yanvar ayında həyata keçiriləcək.