Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 nömrəli məktəbin qarşısında valideynlər parklanma problemi ilə üzləşirlər.
NOCOMMENT.az xəbər verir ki, ərazidə nə “dayanma-durma qadağandır” nişanı, nə də piyada keçidi zolağı var
Onların sözlərinə görə, uşaqlarını məktəbə gətirərkən avtomobili cəmi bir neçə saniyəlik saxlamaq belə mümkün deyil, çünki dərhal cərimə tətbiq olunur.
“Məktəbin qarşısında avtobus dayanacağı nişanı var, amma avtobusu rahat saxlamaq olmur. Valideynlər uşağını düşürmək üçün avtomobili saxlayan kimi isə cərimə yazılır. Əgər avtobusun dayanmasına icazə verilirsə, şəxsi avtomobili qısa müddətlik saxlamağa niyə icazə yoxdur?”, ‒ deyə sakin narazılığını ifadə edib.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, vəziyyət araşdırılacaq.
Ətraflı videoda: