KoronaVirus İnformasiya Portalı
Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilərbackend

Məktəb ləvazimatlarının satışı üçün yarmarkalar təşkil oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərin açılması ilə bağlı uşaqlara geyim və məktəb ləvazimatlarının alınması üçün ənənəvi qaydalardan, o cümlədən yaramarkaların təşkil olunması metodundan istifadə oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, ancaq hələki böyük ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur: “Müəyyən yarmarkalar təşkil oluna bilər. Ancaq iri ticarət mərkəzlərinin açılması ilə bağlı qərar yoxdur. Tələskənlik əldə edilmiş müsbət tendensiyada əks effekt verə bilər”.