Məktəbdə bomba xəbəri panikaya səbəb oldubackend

Məktəbdə bomba xəbəri panikaya səbəb oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın Monpelye şəhərində orta məktəbdə bomba xəbərdarlığı həyəcana səbəb olub.

NOCOMMENT.az xəbər verir ki, Herault rayon polisindən verilən açıqlamaya görə, şəhərdəki Jeu de Mail orta məktəbi bomba təhlükəsindən sonra boşaldılıb.

Bəyanatda təhlükəsizlik yoxlamalarının tez yekunlaşması üçün bölgədəkilərdən bölgəyə yaxınlaşmamaqları xahiş edilib.

Fransa mətbuatı bomba təhlükəsinin elektron poçt vasitəsilə məktəb rəhbərliyinə göndərildiyini yazıb.

Məktəbin müəllim və şagirdləri təhlükəsizlik məqsədilə yaxınlıqdakı idman zalına aparılıb.

Araşdırma işlərinin davam etdiyi bildirilib.

NOCOMMENT.AZ