Məktəbdə kobud rəftar: Komissiya yaradıldı, polis hərəkətə keçdibackend

Məktəbdə kobud rəftar: Komissiya yaradıldı, polis hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şərur rayon Təhsil Şöbəsi sosial şəbəkədə və saytlarda Muğancıq Mehrab kənd tam orta məktəbində şagirdinin digər şagird yoldaşlarına qarşı kobud rəftarı ilə bağlı yayılan məlumatdan sonra məsələ ilə bağlı komissiya yaradılıb.

NOCOMMENT.az APA-ya istinadla xəbər verir ki, komissiya adıçəkilən təhsil müəssisəsində araşdırma aparıb.

Məlum olub ki, həmin şagird məktəbdə nizam-intizam qaydalarını pozub. Aidiyyəti üzrə məktəb direktorunun, direktor müavinin, sinif rəhbərinin və digər aidiyyəti şəxslərin izahatları alınıb, şagirdlə profilaktiki söhbətlər aparılıb.

Hazırda qeyd olunan məsələ ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.