Məktəbdə pul yığılması iddiasına nazirlikdən reaksiya – VİDEObackend

Məktəbdə pul yığılması iddiasına nazirlikdən reaksiya – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda orta ümumtəhsil müəssisələrindən birində valideynlərdən pul yığıldığı iddia edilir.

NOCOMMENT Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı səs yazısı sosial şəbəkələrdə paylaşılıb. Belə ki, səs yazısında valideynlərdən qarşıdan gələn 8 Mart Beynəlxalq Qadınlar Günü və Novruz bayramı münasibətilə müəllimlər üçün 50 manatdan pul yığıldığı deyilir.

Valideynlərə göndərilən səs yazısında deyilir:

“8 Marta görə müəllimlərlə danışmışam. Həm kişilər üçün, həm qadınlar üçün yığılacaq. Kişilərin hədiyyəsi Novruz bayramında veriləcək, qadınlarınkı isə 8 Martda. Müəllimlərin sayını bilmirəm hələ. Hərəsinə 50 manatdan verəcəyik. Mən hesablayım, görüm, adama nə qədər düşür, deyəcəyəm, gətirin verin”.

Həmin səs yazısını təqdim edirik:

Məsələ ilə bağlı aidiyyəti üzrə Elm və Təhsil Nazirliyinə və Bakı Şəhər Təhsil İdarəsinə sorğu ünvanlamışıq.

X X X

Elm və Təhsil Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə bağlı nazir Emin Əmrullayev öz çıxışında açıqlama verib.

Belə ki, məlumatda qeyd edilib ki, valideynlər məktəblərdə müəllimlərə hansısa çox bahalı hədiyyə alırlarsa, külli miqdarda pul yığılırsa, bu, məktəbin idarə olunmasına adekvat deyil:

“Çox zaman belə hallar müəllim təşəbbüslərindən irəli gəlmir, valideynlər belə təşəbbüslə çıxış edirlər. Əgər hansısa məktəbdə belə hallara yol verilirsə, nazirliyin “qaynar xətt”inə müraciət etsinlər. Bu barədə şikayət daxil olmalıdır ki, biz araşdıraq. Təbii ki, bahalı hədiyyələr, pul yığılması pedaqoji fəaliyyətə ziddir.

Uşaqlar, valideynlər müəllimləri xoş sözlər, açıqcalarla, maddi deyil, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar. Valideynlər bahalı hədiyyələrin alınması, külli miqdarda pul yığılmasından əl çəkməlidirlər”.