Məktəbdə şagirdə zorakılıq edib videoya çəkdilər: Cinayət işi açıldıbackend

Məktəbdə şagirdə zorakılıq edib videoya çəkdilər: Cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda orta məktəblərdən birində azyaşlı oğlana qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun kəndlərindən birində yerləşən təhsil müəssisəsində 9-cu sinif şagirdi öz həmcinsi olan 6-cı sinif şagirdinə qarşı bu tipli hərəkətlər edib. Həmin vaxt yaşca böyük olan şagirdin sinif yoldaşları baş vermiş hadisəni telefonla videoya çəkiblər. Görüntülər yayıldıqdan sonra hadisə barədə rayonun hüquq-mühafizə orqanlarına müraciət edilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, məsələ ilə bağlı Samux Rayon Polis Şöbəsinə məlumat daxil olub: “Məlumatla əlaqədar polis şöbəsində cinayət işi başlanıb, müvafiq ekspertiza təyin olunub, ekspertiza rəyindən sonra məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Samux Regional Təhsil İdarəsindən bildirilib ki, fakt üzrə araşdırma aparılır.