Məktəbdə şagirdləri buna məcbur edirmişlərbackend

Məktəbdə şagirdləri buna məcbur edirmişlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə nöqsan aşkarlanan İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoruna şiddətli töhmət verilib.

Gəncə şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbdə şagirdlərdən pul yığılması ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

NOCOMMENT.az  Milli.Az-ın əldə etdiyi məlumata görə, məktəbdə şagirdlərə məcburi olaraq sınaq imtahanı bileti satılırmış.

Valideynin sözlərinə görə, övladına 7 manatlıq sınaq imtahanı bileti məktəb çantasına qoyulub və bu vəziyyət onun narazılığına səbəb olub. Valideyn qeyd edib ki, belə bir halların uşaqlarda rüşvət anlayışını yaratması qəbulolunmazdır.

Xatırladaq ki, şiddətli töhmət alan məktəbin direktoru Gülbəniz Bayramova cəmi 9 aydır həmin vəzifədə çalışır. Belə ki, G.Bayramova bu ilin martında Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov əmr ilə sözügedən məktəbə direktor təyin olunub.

 

Buna qədər G.Bayramova M.Mehdizadə adına 4 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışıb.