Məktəbdə Son zəng sinif otağında keçirilib? – AÇIQLAMAbackend

Məktəbdə Son zəng sinif otağında keçirilib? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində fəaliyyət göstərən 23 saylı orta məktəbdə “Son zəng” tədbirinin sinif otaqlarında keçirilməsi iddia edilib.

NOCOMMENT xəbər verir ki, bu barədə övladı orada təhsil alan vətəndaş oxu.az-ın redaksiyasına şikayət ünvanlayıb.

Bildirilib ki, məktəbdə “Son zəng” açıq havada deyil, sinif otaqlarında təşkil edilib.

Məsələ barədə Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 23 nömrəli tam orta məktəbdə “Son zəng” tədbiri açıq hava şəraitində, məsələ ilə bağlı yerlərə göndərilmiş təlimat məktubunun tələblərinə tam uyğun olaraq keçirilib: “Məktəbin açıq hava şəraiti olan ərazisinə səhər saatlarında günəş şüaları intensiv düşdüyünə görə tədbirin 15:00-da keçirilməsi planlaşdırılmışdır. Saat 15:05 radələrində “Son zəng” tədbirinə başlanılıb, tədbir 35 dəqiqə davam edib, saat 15:40 radələrində yekunlaşıb”.

Qurumdan qeyd edilib ki, tədbirdə Təhsil Nazirliyinin nümayəndəsi də iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın razılığını nəzərə alaraq cari tədris ili üzrə “Son zəng” tədbirinin açıq havada keçirilməsinə icazə verilib.