Məktəbdən büstü oğurladılarbackend

Məktəbdən büstü oğurladılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buzovna qəsəbəsində orta məktəblərin birinin qarşısında quraşdırılmış 7000 manat dəyərində latun və bürüncdən olan büst oğurlanıb.

DİN-in Mətbuat xidmətindən NOCOMMENT.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsi və Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirib.

Hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri E.Mirzəyev, V.Quliyev, əvvəllər məhkum olunmuşlar E.Mirzəyev, E.İsgəndərov, R.Səmədov saxlanılıb.