Xorvatiyanın paytaxtı Zaqrebdə ibtidai məktəbə bıçaqlı hücum nəticəsində 1 şagird ölüb, 1 müəllim və 5 şagird yaralanıb.
NOCOMMENT.az xəbər verir ki, naməlum şəxs səhər saatlarında paytaxtdakı məktəbə hücum edib.
Səhiyyə naziri İrena Hrstik jurnalistlərə bildirib ki, hücum nəticəsində 7 yaşlı şagird hadisə yerində ölüb, 1 müəllim və 5 şagird isə yaralanıb.
Yaralıların xəstəxanalara göndərildiyini deyən Hrstik şagirdlərin həyati təhlükəsinin olmadığını qeyd edib.
Zaqrebdəki Sveti Duh klinikasından verilən açıqlamada xəsarət alan müəllimin vəziyyətinin ağır olduğu vurğulanıb.
Baş nazir Andrey Plenkoviç də səhər saatlarında baş verən faciə ilə bağlı dərin hüznünü ifadə edib.