Türkiyədə məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 9-a çatıb.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi silahlı hücumun terror aktı olmadığını bildirib.
***
Türkiyə hələ Şanlıurfanın Siverek rayonunda baş vermiş məktəb basqınının şokunu atlatmamış, bu gün Qəhrəmanmaraşdan daha dəhşətli bir xəbər gəlib. Şəhərin Onikişubat rayonunda yerləşən Ayser Çalık Ortaokuluna silahlı hücum təşkil edilib. Hadisə yerinə dərhal çox sayda polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
NOCOMMENT.az xəbər verir ki, Qəhrəmanmaraş valisi Mükerrem Ünlüer hadisə yerində verdiyi rəsmi açıqlamada faciənin miqyasını açıqlayıb. Vali, “Təəssüf ki, 4 can itkimiz, 20 yaralımız var” deyərək acı faktı ictimaiyyətin diqqətinə çatdırıb. Yaralıların xəstəxanalara yerləşdirildiyi və müalicələrinin davam etdiyi bildirilir.
Hazırda məktəb və ətraf ərazidə təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə qaldırılıb. Hüquq-mühafizə orqanları hücumun kim tərəfindən və hansı məqsədlə törədildiyini müəyyənləşdirmək üçün genişmiqyaslı istintaq əməliyyatlarına başlayıb. Ölkədə təhsil müəssisələrinin təhlükəsizliyi məsələsi yenidən gündəmin əsas mövzusuna çevrilib.
Sara,
NOCOMMENT.az










