Məktəbəhazırlıq qruplarının tədris planı TƏSDİQLƏNDİbackend

Məktəbəhazırlıq qruplarının tədris planı TƏSDİQLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qruplarının 2021-2022-ci tədris ili üçün tədris (məşğələ) planı təsdiq olunub.

NOCOMMENT-in məlumatına görə, bu barədə təhsil nazirinin müavini Firudin Qurbanov əmr imzalayıb.

Tədris planına əsasən, məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır. Dərs ili iki yarımilə bölünür: I yarımil: 1 oktyabr – 26 yanvar; II yarımil: 1 fevral – 31 may.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunur: payız tətili: 16-20 noyabr (5 gün); qış tətili: 27-31 yanvar (5 gün); əlavə tətil: 1-5 may (5 gün).