Məktəbin idman zalı çökdü, 11 nəfər öldübackend

Məktəbin idman zalı çökdü, 11 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin Heilongjiang əyalətində məktəbin idman zalı çöküb.

NOCOMMENT.az xəbər verir ki, Sinxua agentliyinin məlumatına görə, bazar günü axşam saatlarında məktəbin idman zalının damı uçub.

Bölgə yanğınsöndürmə və xilasetmə qruplarının verdiyi açıqlamada dağıntı zamanı zalda 19 nəfərin olduğu bildirilib.

Dağıntılar altında qalan 4 nəfər öz vasitələri ilə dağıntılar altından xilas olarkən, 15 nəfər isə köməksiz vəziyyətdə qalıb.

Səlahiyyətlilər dağıntılar altında olan 11 nəfərin cəsədlərinə çatdırıldığını, 4 nəfərin isə yaralı olaraq xilas edildiyini açıqlayıb.

İlk araşdırma zamanı müəyyən edilib ki, idman zalının tikintisi zamanı dam örtüyündə qanunsuz olaraq perlitdən istifadə edilib.

Bildirilir ki, bu material yağış zamanı suyu özünə çəkir və ağırlaşır və dam örtüyü uçur.

Araşdırmalar çərçivəsində damın tikintisi ilə məşğul olan şəxslər saxlanılıb.