Məktəbin tavanı sıradan çıxıb, yağış otaqlara yağır – VİDEObackend

Məktəbin tavanı sıradan çıxıb, yağış otaqlara yağır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lənkəranda 10 nömrəli məktəb bərbad vəziyyətdədir. Buranın tavanı sıradan çıxıb, pəncərələri qırıqdır. Yağış birbaşa sinif otaqlarına yağır”.

NOCOMMENT.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya övladları həmin məktəbdə təhsil alan Lənkəran sakinləri müraciət ediblər.

Onların sözlərinə görə, sinif otaqlarının yararsız vəziyyətdə olması təhsilin keyfiyyəti ilə yanaşı, dərsə davamiyyətə də təsir edir:

“Məktəbdə onsuz da istilik sistemi yaxşı işləmir. Üçmərtəbəli bina köhnə tikilidir. Uşaqlarımız şəraitsiz və soyuq siniflərdə dərs keçmək məcburiyyətində qalırlar. Xüsusən yağışlı havalarda sinif otaqları suyun içərisində olur. Çox vaxt bu səbəbdən uşaqlarımızı məktəbdən yayındırmalı oluruq. Çünki bir gün dərsə gedəndə 5 gün evdə xəstə yatırlar”.

Şikayətlə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə müraciət olunub. Qurumdan sorğuya cavab olaraq bildirilib ki, sözügedən problem hazırda həll edilib:

“Lənkəran şəhər 10 nömrəli məktəbdə çəkilmiş həmin görüntülər köhnədir və problem artıq öz həllini tapıb. Həmin məktəb üçün 2024-cü ilin sonuna kimi yeni binanın tikilməsi planlaşdırılır. İstilik sistemi ilə bağlı problemə gəlincə, bir müddət əvvəl qaz xəttində nasazlıq yaranmışdı və problem artıq aradan qaldırılıb”.