Məktəblər açılır: virusa yoluxma artacaq?backend

Məktəblər açılır: virusa yoluxma artacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə tədrisin bərpası koronavirusa yoluxma sayının artmasına səbəb olmayacaq.

NOCOMMENT xəbər verir ki, bunu axar.az-a ölkənin keçmiş baş epidemioloqu İbadulla Ağayev deyib.

O bildirib ki, sinif otaqlarında yoluxma artmaması üçün konsepsiya əvvəlcədən hazırlanıb və dezinfeksiya işləri aparılır: “Böyük ehtimalla sinif otaqlarında şagirdlər arasında məsafə saxlanılacaq. İbtidai siniflərin maskadan istifadə etməsi, məsafə gözləməsi və s. karantin davranış qaydalarına əməl etməsi çətin olacaq. Buna məktəb direktorları, sinif rəhbərləri tərəfindən ciddi nəzarət edilməlidir. Burada valideynlər də məsuliyyət daşıyır. Valideynlər qaydalara riayət etməlidir ki, uşaqlar da onlara baxaraq riayət etsinlər.

Bu gün insanlar maskadan düzgün istifadə etmirlər: ya çənələrinin altında olur, ya da, ümumiyyətlə, taxmırlar. Deyilən qaydalara və tədbirlərə riayət edilərsə, hər şey yaxşılığa doğru gedəcək. Ümid edirik ki, görülən tədbirlər nəticəsində virusa yoluxma azalacaq və karantin qaydaları yumşaldılacaq”.