Məktəblər bağlanır? – Nazirlikdən AÇIQLAMAbackend

Məktəblər bağlanır? – Nazirlikdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məktəblərin noyabrda bağlanması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov “ARB”nin “Diqqət efir” verilişində səsləndirib.

O, məktəblərdə koronavirusa yoluxma ilə bağlı təşviş yaradacaq halın olmadığını bildirib:

“Yoluxma halları şagirdlərin ümumi sayının 1 faizini təşkil edir, hətta 0,5 faizin altındadır. Bizim yaydığımız məlumatlarda da qeyd olunub ki, yaxın həftələrdə təhsil müəssisələrinin qapadılması ilə bağlı heç bir qərar yoxdur. Əgər belə bir qərar olarsa, Təhsil Nazirliyinin informasiya resursları kifayət qədər operativdir və biz onu daha öncə yayacağıq”.

C. Valehov bildirib ki, distant təhsilə keçid olarsa, təhsil müəssisələri buna hazırlıqlıdır:

“Pandemiya problemlərlə yanaşı, yeni imkanlar da yaratdı. Fors-major hallara ötən ilə nisbətən indi daha hazırlıqlıyıq. Çünki artıq müəyyən qədər təcrübəmiz var”.

Qeyd edək ki, C.Valehov yoluxmanın daha çox yuxarı sinif şagirdləri arasında olduğunu da sözlərinə əlavə edib.