Məktəblərdə bufetlər necə işləyəcək?backend

Məktəblərdə bufetlər necə işləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə şagirdlərin sıxlığına nəzarət etmək məqsədilə və ölkədəki epidemioloji vəziyyəti nəzərə alaraq şagirdlərin sayı üçün normalar müəyyənləşdiriləcək.

NOCOMMENT.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumatda qeyd edilir ki, təhsil müəssisələrində davranış qaydaları, xüsusən də sosial məsafəni qorumaq, gigiyena məhsullarından istifadə etmək, maskalar, üz sipərləri və bədən hərarətinin ölçülməsi ilə bağlı təlimatlar təyin ediləcək.

Şagirdlər arasında yüksək temperatur müşahidə edildiyi zaman onların təhsil müəssisəsinin binasına qəbulu qadağandır.

Məumatda bildirilir ki, bufetlər, paltar dəyişdirmə otaqları və digər xidmətlərdən istifadə üçün təlimatlar hazırlanır. Bütün bu məqamlar barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.