Məktəblərdə bütün tapşırıqlar dərsliklərdən olmalıdır – Nazirlikbackend

Məktəblərdə bütün tapşırıqlar dərsliklərdən olmalıdır – Nazirlik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məktəblərdə şagirdlərə təqdim olunan bütün tapşırıqlar dərsliklərdən olmalıdır.

NOCOMMENT.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

O qeyd edib ki, dərslikdə mövcud olan tapşırıqların elmi, metodiki və pedaqoji açıqlaması var.

“Tapşırıqlar dərslikdə yoxdursa, deməli bu, tədris olunmamalıdır. Ümumilikdə, bütün məktəblərdə tədris dərsliklər üzərindən gedir. Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”, – Nazirlik rəsmisi bildirib.