Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən AÇIQLAMAbackend

Məktəblərdə dərslik çatışmazlığı var? – Nazirlikdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsil orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilir.

Bu barədə NOCOMMENT-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil İdarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bir sıra məktəblərdə ibtidai sinif şagirlərinin hələ də dərsliklə tam təmin olunmadıqları ilə bağlı məlumatlar yayılıb.