Məktəblərdə dərslik problemi nə zaman həll olunacaq?backend

Məktəblərdə dərslik problemi nə zaman həll olunacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzi orta məktəblərdə yeni çap olunmuş tədris kitablarının verilməsində müəyyən ləngimələr olub. Problem ən qısa müddətdə, konkret desək, həftəsonuna qədər aradan qaldırılacaq.

NOCOMMENT xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov modern-in sorğusuna cavab olaraq bildirib.

“Ləngimələrin dərslik çatışmazlığı ilə bağlı olmadığını qeyd etmək lazımdır. Dərsliklər məktəblərin kitabxanalarında var. Düzdür, onlar əvvəlki illərdə çap olunmuş kitablardır. Ancaq hər halda paylanılır. Bir sözlə, məktəblərdə dərslik problemi yoxdur. Sadəcə olaraq yeni çap olunmuş tədris kitablarının verilməsində ləngimə olub”, – deyə nazirlik rəsmisi vurğulayıb.

Qeyd edək ki, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yaşandığını bildirirlər.