Məktəblərdə rus dilinə qadağa qoyuldu – Sentyabrdan etibarən…backend

Məktəblərdə rus dilinə qadağa qoyuldu – Sentyabrdan etibarən…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Nikolayev şəhərində sentyabrın 1-dən məktəblərdə rus dilinin istifadəsinə qadağa qoyulub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBC Nikolayev Şəhər Şurasının İcraiyyə Komitəsinin üzvü Yekaterina Stokolias-a istinadən məlumat yayıb.

Bundan başqa, onun sözlərinə görə, sentyabrın 1-dən etibarən heç bir seçmə və kursda, eləcə də ibtidai siniflərdə rus dilindən istifadə edilməyəcək.

Bundan əvvəl Lev Tolstoyun “Hərb və Sülh” romanının Ukraynada məktəb proqramından çıxarılacağı barədə məlumat yayılmışdı.

Xatırladaq ki, Rusiya Ukraynada “xüsusi hərbi əməliyyat” adı altında müharibəyə başlayıb.