Məktəblərdə yenə pul yığılırbackend

Məktəblərdə yenə pul yığılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil sistemi son zamanlarda islahatların keçirilməsinə baxmayaraq, məktəblərdə valideynlərdən pul yığılması problemi hələ də aradan qalxmayıb. Bu hal ən çox da 5 oktyabr Müəllimlər Günü və 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində aktuallaşır. Baxmayaraq ki, təhsil naziri Emin Əmrullayev məktəblərdə pul yığılması qəti qadağan olduğunu dəfələrlə bildirib.

Lakin bu tələblərə riayət etməyənlərin sayı kifayət qədər çoxdur. Şagirdlər arasında aparılan sorğular da bu halların davam etdiyini təsdiqləyir.

Şagirdlərdən biri “bəli, müəllimimizə hədiyyə aldıq. Konfetlər və konvert verdik” deyərək vəziyyəti təsdiqləyib.

Daha ətraflı Baku TV-nin süjetində:

https://youtu.be/GPlfq7fu_3E