Məktəbləri bağlamaq olmaz – Şahlar Əsgərovbackend

Məktəbləri bağlamaq olmaz – Şahlar Əsgərov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təhsil və Səhiyyə nazirliklərinin birgə yaydığı məlumata görə, indiyədək 1 595 108 şagirddən 3477-si (0,2 faiz), məktəblərdə çalışan 229 871 nəfər heyətdən 2494-ü (1 faiz) COVID-19-a yoluxub. I-IV siniflər üzrə yoluxma sayı 637 nəfər, V-IX siniflər üzrə 1755 nəfər, X-XI siniflər üzrə yoluxma sayı isə 898 nəfər təşkil edib.

dərs sinif məktəb

Təhsil və Səhiyyə nazirliklərinin birgə məlumatında qeyd olunub ki, hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.

NOCOMMENT.az məlumatına görə, məsələyə münasibət bildirən Əməkdar elm xadimi, professor Şahlar Əsgərov bildirib ki, son iki həftədə şagird və müəllimlər arasında COVID-19-a yoluxma halları artıb. Ancaq buna baxmayaraq məktəbləri bağlamaq olmaz:

“Şagirdlərin sağlamlığı bizim üçün çox önəmlidir. Ancaq onların təhsildən geri qalmaması, bilikli, savadlı olması da bizim üçün çox vacib məsələdir. Unutmaq lazım deyil ki, əyani tədrisin yerin heç nə verə bilməz. Mənim fikrimcə, məktəbləri bağlamaq çıxış yolu deyil. Məktəblər öz fəaliyyətini davam etdirməlidir. Ancaq bir şərtlə ki, məktəb rəhbərliyi, müəllim, valideyin və şagirdlər sanitar-epidemioloji qaydalara tam əməl etsinlər. Əllə görüşmək, qucaqlaşamaq kimi adət etdiyimiz bir sıra vərdişləri təxirə salmalıyıq. Sosial məsafəni gözləmək mütləqdir, vacibdir, lazımdır. Sanitar-gigiyenik qaydalara mütləq riayət olnmalıdır. Əsk təqdirdə virusa yoluxanların sayı daha da artacaq”.

Bakupost