Məktəblərin açılması üçün müxtəlif ssenarilər hazırlanıbbackend

Məktəblərin açılması üçün müxtəlif ssenarilər hazırlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə məktəblərin fəaliyyətə başlaması üçün tədbirlər planı hazırlanacaq.

NOCOMMENT mediapost-a istinadən xəbər verir ki, mütəxəssislər bunun üçün 4 fərqli ssenari hazırlayıb.

Birinci ssenariyə görə, siniflərdə şagirdlərin sayının azaldılması və dərs prosesi ərzində uşaqlar arasında müəyyən olunmuş məsafə saxlanılmalıdır.

İkinci ssenaridə pandemiyanın inkişaf dinamikasına uyğun olaraq məktəblərin qısazamanlı açılması nəzərədə tutulub.

Üçüncü olaraq, virusun geniş yayıldığı ərazilərdə məktəblərin açılmaması, nisbətən az yayıldığı ərazilərdə isə səfər qadağası tətbiq etməklə fəaliyyətə başlaması nəzərədə tutulub. Məktəblərin açılmayacağı ərazilərdə şagirdlər üçün alternativ təkliflər planı da hazırlanacaq.

Dördüncü ssenaridə sentyabr-oktyabr aylarında virusun geniş yayılacağı təqdirdə müvəqqəti müddət üçün bütün ölkə ərazisində distant təhsilə keçilməsi nəzərədə tutulub. Bunun üçün bütün texniki hazırlıqların tamamlanma mərhələsində olduğu açıqlanıb.