Məktəbli qız qəfil vəfat etdibackend

Məktəbli qız qəfil vəfat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 3-də Neftçalada məktəbli qız qəflətən dünyasını dəyişib.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, Neftçala şəhər Elton Həbibov adına 4 saylı tam orta məktəbin VIII sinif şagirdi Hüseynova Nərgiz Oqtay qızı qəfil vəfat edib.

Belə ki, 14 yaşlı Nərgizin anası işdən evə qayıdanda onun dünyasını dəyişdiyini görüb.

Məlumata görə, N.Hüseynova bir neçə il əvvəl beyin əməliyyatı keçirib. Hadisə baş verən gün o, evdə tək olub, gözlənilmədən təzyiqi qalxıb və həyatını itirib.