Məktəblinin ərə verilməsilə bağlı araşdırma BAŞLADIbackend

Məktəblinin ərə verilməsilə bağlı araşdırma BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə Sabirabad rayon Qəzli kəndində 9-cu sinif şagirdinin toyu olmasıyla bağlı məlumat geniş müzakirələrə səbəb olub.

NOCOMMENT-in xəbərinə görə, Qəzli kənd icra nümayəndəsi Abdul Babayev Modern.az-a bildirib ki, sözügedən erkən evlilik hadisəsindən məlumatlıdırlar.

A.Babayev qeyd edib ki, rayon İcra Hakimiyyətinin tapşırğına əsasən faktla bağlı araşdırmalar başlayıb.

“Araşdırma nəticəsində qeyd edilən məlumat öz təsdiqini taparsa, aidiyyatı üzrə tədbirlər görüləcək”.

Həmçinin, Daxili İşlər Nazirliyinin KİV və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev faktla bağlı araşdırma aparıldığını və nəticəsi barədə ictimaiyyətə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, sözügedən məsələni sosial şəbəkədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığıncağı-Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə ictimailəşdirib.