Məktəblinin nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edilibbackend

Məktəblinin nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları 16 yaşlı qızın nişanlanması ilə bağlı valideynlərinə xəbərdarlıq edib.

NOCOMMENT xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis kapitanı Nizam Həmidov report-a bildirib ki, faktla bağlı Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən bütün tədbirlər icra olunur.

“Polis əməkdaşları məktəblinin valideynləri ilə izahedici söhbət aparıblar və qeyd olunan halın hüquqazidd olması onların diqqətinə çatdırılıb. Araşdırmalar zamanı qızın 16 yaşının tamam olması üzə çıxıb. Valideynləri isə ailə daxilində kiçik bir mərasimin keçirildiyini səmimi etiraf edərək, övladlarının hazırda onlarla birlikdə yaşadığını, yalnız 18 yaşı tamam olduqdan sonra oğlan toyunun keçiriləcəyini bildiriblər”, – deyə DİN rəsmisi vurğulayıb.

Xatırladaq ki, noyabrın 16-da Azərbaycan Uşaqları Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə Kürdəmirdə məktəbli qızın nişanlanması ilə bağlı paylaşım etmişdi.