Məlahət Abbasova Röya haqda: Nə əxlaqın, nə də insanlığın…backend

Məlahət Abbasova Röya haqda: Nə əxlaqın, nə də insanlığın…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova xalq artisti Röya Ayxanı tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, Məlahət Abbasova Röya Ayxanın Yeni il gecəsi rəqs etdiyinə görə tənqid edib:

“Elə bil ki, dekabrın 31-də şəhid analarına acıq verirdi. Hamı əlbəttə ki, evindədir. Gülür, danışır, öz aralarında Yeni ili təbrik edirlər. Amma evində rəqs edib paylaşmır. Bu eyibdir. Belə həssas bir vaxtda bu hərəkətin səni iti gözdən salan kimi saldı. Həm də deyirsən ki, ağdamlıyam. Mahnıların yaxşı ola bilər, amma nə əxlaqın var, nə də insanlığın. Həm də anasan…”.

Qeyd edək ki, M.Abbasova R.Ayxanın “Bəyaz şou”dakı çıxışı ilə bağlı fikirlərini bölüşmüşdü. O, Röyanın verilişdə yalnız bir mahnı oxumasını qınamış, bunu hörmətsizlik adlandırmışdı.
Bundan sonra iki məşhur arasında qalmaqal başlamışdı.
Teleqraf.com