Melaniya Trampdan 2024-cü il ABŞ prezident seçkilərində ərinə dəstəkbackend

Melaniya Trampdan 2024-cü il ABŞ prezident seçkilərində ərinə dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp 2024-cü ildə keçiriləcək prezident seçkilərində onun namizədliyini dəstəklədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Melaniya Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, Ağ Evdəki ikinci müddətində əri ilə işləməyi səbirsizliklə gözləyir.

Melaniya Tramp əri haqqında “O, mənim dəstəyimə sahibdir. Biz gələcəyə ümidləri yenidən alovlandırmaq və Amerikanı sevgi və güclə idarə etməyi səbirsizliklə gözləyirik.” ifadələrini səsləndirib.

Həyat yoldaşının birinci dövr administrasiyasında böyük uğur qazandığını bildirən Melaniya Tramp, ikinci dövrdə Trampın ölkəni yenidən ləyaqət və firavanlığa apara biləcəyini müdafiə etdi.

NOCOMMENT.AZ