Məleykə Abbaszadədən valideyn və abituriyetnlərə ÇAĞIRIŞbackend

Məleykə Abbaszadədən valideyn və abituriyetnlərə ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə valideyn və abituriyetnlərə çağırış edib.

NOCOMMENT.az xəbər verir ki, DİM sədri abituriyentlərə ixtisas seçimində məhz özlərinin iştirak etmələrini məsləhət görüb.

O bildirib ki, çox vaxt kənar şəxslər bu işə cəlb olunur və monitorinq keçirəndə müxtəlif qruplar formalaşdığı müşahidə olunur və orada müxtəlif təkliflər səsləndirilir:

“Bu, yalnış yoldur və bu yolla getməyi məsləhət görmürəm. Bakıda 6 universistetdə və 9 regional bölmədə ixtisas seçimi əlaqədar məsləhət mərkəzləri yaradılıb. Orada bütün xidmətlər pulsuzdur. Hesab edirəm ki, hazırlıqlı abituriyent üçün bu xidmətə lüzum yoxdur”.