Məlhəm Hospitalda rüsvayçılıq – Həkim pasiyentin çılpaq VİDEOSUNU paylaşdıbackend

Məlhəm Hospitalda rüsvayçılıq – Həkim pasiyentin çılpaq VİDEOSUNU paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlhəm Hospitalında çalışan mammoloq-radioloq Günel Qəmbərovanın biopsiya proseduru sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib.

Belə ki, onun pasiyentinin çılpaq görüntüsünü sosial media hesabında paylaşması birmənalı qarşılanmayıb.

NOCOMMENT.az SAVASHMEDİA.az-a istinadən xəbər verir ki, videoda həkimin maskasız olduğu, mahnı sədası altında oynayaraq, arada əlcəyinə öskürdüyü və pasiyentdən bu şəkildə biopsiya nümunəsi götürdüyü görünür. Həmin anlarda pasiyentin intim əzalarının üzəri də bağlanmayıb.

Bu görüntülər sosial media istifadəçiləri arasında müzakirələrə səbəb olub. Bir qisim istifadəçi peşə etikası cəhətdən pasiyentin əzalarının açıq şəkildə paylaşılmasını doğru hesab etməyib. Eyni zamanda, prosesin qeyri-steril mühitdə aparıldığına diqqət çəkilib.

Həmin görüntüləri təqdim edirik: