Meliorasiya və Su Təsərrüfatı gələn il büdcədən böyük məbləğdə vəsait alacaqbackend

Meliorasiya və Su Təsərrüfatı gələn il büdcədən böyük məbləğdə vəsait alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci ilin dövlət büdcəsində “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 405,8 milyon manat vəsait yönəldiləcək.

NOCOMMENT xəbər verir ki, bu barədə büdcə layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, bu vəsait ölkə ərazisində mövcud olan su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi, su itkilərinin azaldılması, fermerlərin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması, torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezian quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatı üçün ayrılacaq.