Melitopolun mərkəzində avtomobil partladıldıbackend

Melitopolun mərkəzində avtomobil partladıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin Melitopol şəhərinin mərkəzində partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə şəhər administrasiyası “Telegram” kanalında  məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Melitopolda avtomobil partladılıb.

Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.

2 aprelin tarixində Zaporojye vilayətindəki “Biz Rusiya ilə birlikdəyik” ictimai hərəkatının rəhbəri Vladimir Roqov da Melitopoldakı partlayışlar barədə məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Melitopol istiqamətində 7 mərmi atıb.

NOCOMMENT.AZ