Melkonyan: Ankara Bayraktar məntiqinə də qayıda bilər!backend

Melkonyan: Ankara Bayraktar məntiqinə də qayıda bilər!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə yumşaq gücdən istifadə edir və tədricən öz arsenalını genişləndirir və bu, Ermənistan tərəfi üçün problemlər yaradacaq. Çünki Ermənistanın xüsusi nümayəndəsi və bütövlükdə ölkənin indiki hakimiyyətində Türkiyənin addımlarını hesablamaq üçün peşəkarlıq və təcrübə çatışmır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri erməni türkoloq Ruben Melkonyan Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin 24 fevralda Vyanada baş tutacaq növbəti görüşünü şərh edərkən deyib.

Melkonyan bildirib ki, Ankara hələ də erməni maraqları ilə heç bir əlaqəsi olmayan mövqeyini gizlətmir: “Türkiyə Azərbaycanla prosesi koordinasiya etdiyini bəyan edir və Bakı üçün qəbuledilməz olan heç nə etməyəcək. Amma biz Azərbaycan üçün nəyin məqbul, nəyin qəbuledilməz olduğunu bilirik.

Yəni Türkiyə bəyan edir ki, Qarabağ “xalqının” öz müqəddəratını təyin etmək “hüququ”, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasını nəzərdə tutan addımlar atmayacaq”.

Melkonyan bildirir ki, ermənilər Ankaranın nəzakətindən təsirlənməməlidir, çünki Türkiyə “Bayraktar” məntiqinə çox tez qayıda bilər.