Məmmədyarov rusiyalı həmkarını məlumatlandırıbbackend

Məmmədyarov rusiyalı həmkarını məlumatlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovu ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi sonuncu görüş barədə məlumatlandırıb.

NOCOMMENT.az xəbər verir ki, bu, Elmar Məmmədyarovun mayın 19-da S.Lavrovla telefon söhbəti zamanı olub.

Nazirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi üzrə fikir mübadiləsi həyata keçiriliblər. E.Məmmədyarov həmkarına ATƏT-in Minsk qrupunun həmsədrləri ilə keçirdiyi ən son videokonfrans formatında görüşü barədə məlumat verib.

Qeyd edək ki, E.Məmmədyarov mayın 18-də ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüş keçirib.