Məmura mənimsəməyə görə cinayət işi açıldıbackend

Məmura mənimsəməyə görə cinayət işi açıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vəzifəli şəxs mənimsəmədə təqsirləndirilir.

NOCOMMENT lent-ə istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 18 saylı Ərazi Məşğulluq Mərkəzində rəhbəri Ağayev Azər Vəkil oğlu külli miqdarda mənimsəmədə ittiham olunur.

Məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, 18 saylı Ərazi Məşğulluq Mərkəzinə Tərtər, Bərdə, Ağdam və Naftalan rayonları daxildir.