Məmurların mənimsədiyi pullar bu yolla aşkarlana bilər – VİDEObackend

Məmurların mənimsədiyi pullar bu yolla aşkarlana bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ölkədə korrupsiyanın köklü həll yolu yoxdur. Çünki dünyanın ən inkişaf etmiş dövlətlərində belə korrupsiya əməlinə rast gəlinir.

NOCOMMENT.az xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinin qonağı olan Vəkillər Kollegiyasının üzvü Seymur Yusifli deyib. O bildirib ki, belə halların sayını azaltmaq üçün qanunvericilik sahəsi daim təkminləşdirilməlidir:

“Korrupsiyaya qarşı mübarizə haqqında qanunun 5-ci maddəsində vəzifəli şəxslərin əldə etdiyi maliyyəni bəyan etməsi lazım olduğu bildirilir. Hesab edirəm ki, bunun icra edilməsi təmin edilməli, əks halda isə məmurlara daha ağır sanksiyalar tətbiq edilməlidir. Qanunda qeyd edilir ki, gəlir deklorasiyasını təqdim etməyən vəzifəli şəxslər barəsində məlumat dərc olunmalıdır. Əslində isə qanunda olsa da, bu, praktikada tətbiq edilmir. Hesab edirəm ki, gəlir deklorasiyasını açıqlamayan vəzifəli şəxslər barəsində cinayət məsuliyyəti və inzibati xətalar barədə icraat işlərinin aparılmasına, hətta vəzifədən azad olunmasına qədər bu məsələ qalxmalıdır. Yəni bu istiqamətdə sanksiya nə qədər ağırlaşdırılsa, həmin şəxslər də bir o qədər intizamlı olar”.

Seymur Yusifli onu da qeyd edib ki, mənimsədiyi pullarla əldə etdiyi mülkləri ailə üzvlərinin və yaxınlarının adına qeydiyyatdan keçirən vəzifəli şəxslərin bu əməli da aşkara çıxarılmalıdır:

“Cinayət Məcəlləsinə əsasən cinayət yolu ilə əldə olunan vəsaitlər müsadirə olunmalıdır. Belə olan halda isə məsuliyyət istinaq orqanın üzərinə düşür. Məmur əgər həyat yoldaşının adına ev alırsa, o zaman qadının da gəliri barədə məlumat təqdim edilməlidir ki, onun hansı pulla aldığı aydınlaşdırılsın”.

Qaynarinfo