Məmurların mülklərini müsadirə edib vətəndaşlara paylasalar…backend

Məmurların mülklərini müsadirə edib vətəndaşlara paylasalar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İnsanlarda bu qədər neqativliyin səbəbi sosial vəziyyətin normal olmamasıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Yenisabah.az-a açıqlamasında müğənni Flora Kərimova bildirib.

Onun sözlərinə görə, vətəndaşları incidən məmurlar cəzasız qalırlar:

“Maaşlara, qiymətlərə, alınan rüşvətə, təzyiqlərə, yalanlara baxın. Bunlar hər yerdədir. Bir ölkənin ki qazisini qapıdan qovulur, onu qovan adam da buna görə cəzasız qalırsa, nəticə necə olmalıdır ki?!

Hər şeyə Prezident nəzarət etməli deyil. O, məmurları inanaraq vəzifəyə təyin edib. Məmurlar belə qanunsuz hərəkətləriylə Prezidentə inamsızlıq formalaşdırır, vətəndaşları ona qarşı qaldırırlar.

Məmur Prezidentin nümayəndəsidir. Onlara “vətəndaşları incitməmək” tapşırığı verilib. Mən olsaydım, hamının gözünün qabağında elə cəzalar verərdim ki, harınlamış məmurlar sadə xalqı incidə bilməzdi.

Axı, sən niyə öz millətinin nümayəndəsini incitməlisən?!”

Flora Kərimova fikrinin davamında bildirib:

“Dəmir Yumruq” xarici siyasətlə məşğul olsun, ya bu işini bilməzlərlə vaxtını sərf etsin. Vətəndaşları incidənlərin əmlaklarını müsadirə eləsələr, incitdikləri vətəndaşlara paylasalar, belə qanunsuzluqlarının ardı olmaz. Təəssüflər olsun ki, bu, edilmir”.